İdman

"Qalatasaray"ın hücumçusu 8 milyon avro məvacibdən imtina etdi

11 Fevral 2018 19:00
1 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm "Qalatasaray"ın Türkiyə Superliqasındakı bombardiri Bafetimbi Qomisə Çindən təklif gəldiyi deyilsə də, baş məşqçi fransalı forvardı satmaq fikrində olmadıqlarını bildirmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qomisə Çindən 8 milyon avro illik məvacib vəd olunub. 32 yaşlı hücumçu isə İstanbul klubunda qalmağa üstünlük verib. Peşəkar karyerasına 2004-cü ildə "Saint-Etienne"də başlayan Qomis daha sonra "Lyon", "Swansea City" və "Marseille"də çıxış edib. O, hələlik çempionluq sevinci yaşamayıb. "Qalatasaray"la 2020-ci ilə kimi müqaviləsi olan futbolçunun məvacibi 3.2 milyon avrodur. Ötən yay ona transferə görə birbaşa 2 milyon avro da ödənilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.