İdman

"Bayern Munich"in 3 futbolçusu rekord yenilədi

11 Fevral 2018 18:10
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Bundesliqasında 22-ci turun mərkəzi oyunu "Allianz Arena"da baş tutub. Çempionatın lideri "Bayern Munich" "Schalke"ni 2:1 hesabıyla məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu oyun Münhen klubunun 3 futbolçusu - Robert Levandovski, Tomas Müller və David Alaba üçün əlamətdar olub.

"Bavariya"nın qələbə qoluna imza atan Levandovski klubun Bundesliqada keçirdiyi ilk 11 oyununda fərqlənib. Polşalı forvard bununla 1972/73 mövsümündə Yupp Haynkesin göstərdiyi nəticəni təkrarlayıb. Tomas Müller Bundesliqa tarixində 200 qələbə həddinə ən tez çatan futbolçu olub. 28 yaşlı hücumçu bunu 275 oyuna edib. "Bayern"in avstriyalı müdafiəçisi David Alaba isə liqada 200 oyun həddinə çatan ən gənc qeyri-alman futbolçu olub. Onun 25 yaşı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.