İdman

Abitebul: "Qaydanı poza bilmək üçün heç bir bəhanəmiz yoxdur"

12 Fevral 2018 09:53
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mühərriklər barədə bu cür baş ağrısının olacağını bilirdim. Ona görə də bütün planlarımızı ona uyğun qurmuşduq.

Milli.Az xəbər verir ki, bu sözləri "Renault Sport"un rəhbəri Siril Abitebul deyib. O, güc aqreqatları barədə çıxan yeni qərarın ləğvi və yaxud da dəyişdirilməsi üçün hər şeyi edəcəyini deyib.

Bu mövsüm yarışların sayı artıb 21 olsa da, hər sürücü ümumi 3 mühərrikdən istifadə edə biləcək.

"Hazırda bu qaydanı poza bilmək üçün heç bir bəhanəmiz yoxdur. Amma onun dəyişdirilməsi üçün hər şeyi edəcəyəm. Bu cür şeylər Formula 1-ə heç nə qazandırmayacaq. FİA, FOM və digər komandalarla birlikdə qaydanı dəyişmək əlimizdədir". - Siril deyib.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.