İdman

Maradona: "Messi tam formada olsa..."

11 Fevral 2018 16:13
1 Şərh     Baxış: 1 462

Dünya futbolunun canlı əfsanəsi Diyeqo Maradona Argentina millisi barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu növbəti dəfə tənqidi yanaşma nümayiş etdirib.

"Məni narahat edir ki, Argentina millisindən artıq qorxmurlar. Bu gün Messi istisna olmaqla, bizim futbolçulara əvvəlki kimi yanaşmırlar. Nigeriya ilə son matçda, az qala 8 qol buraxacaqdıq. Argentina millisinin dünya çempionu olmaq şansı 60%-dir. Bu o halda baş verəcək ki, Messi tam formada olsun. Komanda xoru xatırladır. Onlar oxuya bilir, amma tək yox. Xorun solisti isə Messidir. Mundialda Mauro İkardiyə güvənmək düzgün deyil. Hiquain ondan 10 dəfə yaxşı oynayır. Sampaoli heç nə başa düşmür. O yalnız dostlarının evində nahara nə yeyəcəyindən xəbərdardır".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 12 Fevral 03:2600

    Ay gicbəsər Maradona Sən Argentina FK-nun baş məşqçisi olanda niyə komandanı çempion etmədin??? Belə məsləhətləri saxla özüvə lazımın olar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.