İdman

PXENÇXAN-2018 "Olimpiya kəndi"ndə görüş - FOTO

11 Fevral 2018 15:20
0 Şərh     Baxış: 818

Pxençxan-2018 Olimpiadasının həyəcanı davam etməkdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Olimpiadada iştirak edən 92 ölkənin bayrağı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur.

Bu bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də Olimpiya ideallarına daim sadiq olmaqla, dünyanın aparıcı idman dövlətlərindən biri kimi öz önəmli mövqeyini qoruyub saxlayır.

Fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-n baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi"nə gələrək, idmançılar üçün yaradılmış şəraitlə tanış olublar, burada məskunlaşan idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı barədə və Azərbaycan nümayəndə heyətinə yaradılan şəraitlə bağlı məlumat verib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıdan danışıb. O, əminliklə bildirib ki, qış idman növləri bazasından səmərəli istifadə etməklə yerli idmançıların da yetişməsinə diqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaq.

Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev olkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də bu inkişafın sıralarına tezliklə qoşulacağına inandığını bildirib. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Görüşdə qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.