İdman

Harri Keyn yalnız Adebayordan geri qalır

11 Fevral 2018 13:30
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 27-ci turun mərkəzi oyununda "Tottenham" evdə "Arsenal"a qalib gəlib - 1:0. Oyunda yeganə qolu Harri Keyn vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard Şimali London derbisində 7-ci qoluna imza atıb. Bu göstəriciyə əsasən Keyn Rober Piresə çatıb. İngiltərə çempionatı Premyer Liqa adlanandan bəri derbidə ən çox fərqlənən futbolçu Emmanuel Adebyordur. Hər iki klubun şərəfini qoruyan toqolu hücumçunun aktivində 8 qol var.

Qeyd edək ki, Harri Keyn London derbisində orta hesabla 124 dəqiqədən bir fərqlənir. Effektivlik baxımından yalnız Tyerri Anri onu qabaqlayır (hər 114 dəqiqəyə 1 qol).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.