İdman

Noyer Almaniyadan kənarda reabilitasiya keçəcək

11 Fevral 2018 12:54
0 Şərh     Baxış: 517

"Bayern Munich"in qapıçısı Manuel Noyer zədəsini Almaniyadan kənarda sağaldacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fevralın 18-ə qədər klub bazasında görünməyəcək qolkiper xüsusi proqramla bərpa prosesi keçəcək. 31 yaşlı Noyerin durumunda xeyli irəliləyiş olduğu qeyd olunur.

Almaniyalı əlcək ustası 2017-ci ildə Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı oyunda zədələnmişdi. Sentyabrda isə qapıçı zədəsini təzələmişdi.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.