İdman

Rusiya hakimliklə bağlı UEFA prezidentinə şikayət etdi

11 Fevral 2018 11:04
1 Şərh     Baxış: 950

Sloveniyada futzal üzrə 2018-ci il Avropa çempionatı başa çatsa da, turnir ətrafında müzakirələr davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionatın yarımfinal mərhələsində Portuqaliyaya 2:3 uduzan Rusiya hakimlikdən narazıdır. Oyunun sonunda portuqallar 2 dəfə qaydanı pozsa da, hakim fol qeydə almamışdı. Bu baş versəydi, cərimə limitini dolduran (6 fol) pireneylilərin qapısına penalti təyin olunacaqdı.

"Oxşar forumları qaydaya salmaq üçün birbaşa UEFA preziddentinə şikayət edəcəyik. Aleksandr Alayev (Rusiya Futbol İttifaqının müvəqqəti prezidenti) UEFA-nın futzal və çimərlik futboluüzrə Komitəsinə rəhbərlik edir. Aleksander Çeferinin özü də həmin oyunu izləmiş və hər şeyi özü görmüşdü. Ümumilikdə Lyublyanada keçirilən çempionat əla təşkil olunmuşdu. Buna görə onlara təşəkkür düşür" - Rusiya mini-futbol Assosasiyasının prezidenti Emil Əliyev deyib.

Qeyd edək ki, çempionatın 1/4 finalında millimizi 8:1 məğlub edən Portuqaliya finalda İspaniyaya qalib gəlməklə qitənin ən gücülsü olub. Rusiya turnirdə 3-cü yeri tutub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Радиг · 11 Fevral 12:1000

    Судя.из.колхоза.без.ураьжая

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.