İdman

"Daha yaxşı nəticəyə layiq idik" - Pedro Enrike

11 Fevral 2018 10:48
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb.

- Liderlərin qolsuz tamamlanan görüşü haqda nə deyə bilərsən?

- Bu, böyük oyun idi. Derbidə üz-üzə gəldik. Yaxşı çıxış etdik. Düşünürəm ki, daha yaxşı nəticəyə layiq idik. Yaxşı oynamaqla heç nə həll olunmur. Əsas qol vurmaqdır. Bu isə alınmadı. Rəqib daha yaxşı oynadıq. 

- Bugünkü matçda Dino Ndlovunun yoxluğunu hiss etdiniz?

- Dino yaxşı futbolçudur. Mahir də gəncdir, inkişaf edir. Elə oyunlar olub ki, matçın taleyini məhz o həll edib. Bəzən isə Dino da qol epizodlarından istifadə edə bilmirdi. Yəni hər ikisi yaxşı hücumçudur. Hücumameyilli oyunçularımızdan razıyam.

- Stankoviçlə mübarizədə apardığın epizodda nə baş verdi? Eləcə də ilk yarıda qol vurduğun epizodla bağlı nə deyə bilərsən?

- Oyun zamanı belə hallar yanaşır. Amma elə meydan da qalır. Düşünürdüm ki, həmin epizodda penalti var, Stankoviç isə inkar edirdi. Bu səbəbdən də mübahisə oldu. Qol epizoduna gəldikdə isə, düşünürəm ki, rəqibi itələdim. Məncə, qayda pozuntusu var idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.