İdman

"Yeni hücumçuya ehtiyacımız yoxdur" - Rəşad Sadıqov

10 Fevral 2018 23:53
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı oyun keçdi. Derbi idi. Çempionluğa oynayan 2 komanda üz-üzə gəlmişdi. Bu matçda məğlub olmamaq vacib idi. Qələbə qazanmaq istəyirdik. Bu qədər qol imkanlarından istifadə edə bilmədiksə, düşünürəm ki, heç-heçə də pis nəticə deyil".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra jurnalistlərə deyib.

O, komandadan yeni ayrılan Dino Ndlovunun yoxluğunu hiss etmədiklərini bildirib:

"Dino Ndlovu 1 il bizim komandada oynayanda hücum xəttinə görə ancaq tənqid olunmuşduq. Yeni hücumçuya ehtiyac olduğu deyilirdi. O vaxt da demişdik, bu gün də deyirik ki, yeni hücumçuya ehtiyacımız yoxdur. Sabah Mahir Mədətov da, Pedro Enrike də getsə, 11 nəfər meydana çıxacağıq. Bu, "Qarabağ"dır. Komanda şəxslər üzərində qurulmur. Bu klubdan Reynaldo və başqa futbolçular gedib, ancaq komanda öz sabitliyini qoruya bilib. Bu gün Mahir də, Pedro da çox yaxşı oynadı. Onların əziyyətini yerə vurmaq olmaz. Bu fikirlə razılaşmıram. O qədər olub ki, Dino bir çox qol epizodundan istifadə edə bilməyib".

R.Sadıqov rəqib komandanın qapıçısı Dmitri Bezotosnının çox yaxşı oynadığını vurğulayıb: "O, keçilməz idi. Elə toplar çıxardı, elə seyvlər etdi ki... Komandamızın isə bu qədər yaxşı oynayacağını gözləmirdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.