İdman

AVRO-2018: "Bürünc" Rusiyaya qismət oldu

10 Fevral 2018 23:48
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında 3-cü yerin sahibi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bürünc mükafatçının adına Rusiya və Qazaxıstan arasında keçirilən matçdan sonra aydınlıq gəlib.

Görüş rusların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şimal qonşularımıza qələbə qazandıran qola 29-cu dəqiqədə Eder Lima imza atıb. Bununla da, Rusiya qitə birinciliyində 3-cü yeri tutub.

Qeyd edək ki, AVRO-2018-in qalibi isə Portuqaliya və İspaniya arasında keçiriləcək görüşdə müəyyənləşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.