İdman

Tərsliyindən əl çəkdi

11 Fevral 2018 05:30
0 Şərh     Baxış: 801

"Lester"in əlcəzairli futbolçusu Riyad Mahrez komandanın oyunlarını və məşqləri boykot etməyi dayandırıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinin onun "Mançester Siti"yə keçidinə icazə verməməsinə etiraz olaraq komandanın məşqlərini qatılmırdı.

Əlcəzairli futbolçu dünəndən etibarən hazırlıqlarda iştirak etməyə başlayıb.

Qeyd edək ki, bu gün Mahrezin boykota görə klub tərəfindən 273 min avro məbləğində cərimələndiyi, futbolçu boykotu dayandırmasa, cərimənin məbləğinin daha da artırılacağı barədə məlumat yayılmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.