İdman

Yığmamız Avropa Kubokuna 5 cüdoçu ilə yollanır

30 Yanvar 2018 19:06
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 3-də Portuqaliyanın Olivelas şəhərində qadın cüdoçular arasında açıq Avropa Kuboku keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçisi Natiq Bağırov turnirdə 5 idmançıya şans verəcək. O, Avropa Kubokunda Aişə Qurbanlı (48 kq), Elmira Mustafayeva (57 kq), Kristina Jukavets (63 kq), Günel Həsənli (70 kq) və Nuranə Muradovanı (78 kq) sınayacaq.

Avropa Kubokunda isə 20 ölkədən 152 cüdoçu mübarizə aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.