İdman

Messidən Ardaya vida mesajı - FOTO

25 Yanvar 2018 10:18
1 Şərh     Baxış: 3 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın ulduz oyunçusu Lionel Messi qış transfer pəncərəsində komandadan ayrılan Arda Turan, Xaiver Maskerano və Rafinya üçün sosial şəbəkə hesabı üzərindən vida mesajı yayımlayıb.

Milli.Az xəbər verir ki, Messi mesajında türk futbolçuya bu sözləri yazıb:

Ölkəndə yeni başlanğıcda sənə bol şans arzulayıram. Əminəm ki, hər şey möhtəşəm olacaq.

Leo "İnter"ə transfer olan Rafinya və "Hebey Çayna Fortuna"ya keçən Maskeranoya da karyeralarında uğur diləyib.

"Rafinya, İtaliyada sənə uğurlar arzulayıram. Səni izləyəcəyik. Maskerano, bu qədər oyunlar və yaşanan anlardan sonra sənə minnətdaram. Səndən ötrü darıxacağıq. Paltardəyişmə otağında yerin görünəcək. Tezliklə millidə görüşəcəyik. Hər üçünüzü bağrıma basıram", - Messi paylaşımda qeyd edib.

Qeyd edək ki, Arda Turan Türkiyənin "Başakşəhər" klubuna transfer olunub. 

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.