İdman

“Böyük Dəbilqə” yarışlarına qatılacaq Azərbaycan cüdoçuları - SİYAHI

23 Yanvar 2018 12:53
1 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində "Böyük Dəbilqə" yarışlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a verilən məlumata görə, mötəbər turnirlərdə ölkəni 11 cüdoçu təmsil edəcək. Kişilərin mübarizəsinə Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), qadınlardan isə Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) qatılacaq.
Qeyd edək ki, milli komanda hazırda baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında hazırlaşırlar. Parisdəki yarış 10 - 11 fevralda, Düsseldorfakı isə 23 - 25 fevralda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.