İdman

""Real" Salaha təklif göndərəcək"

22 Yanvar 2018 21:52
0 Şərh     Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Futbol Federasiyasının prezidenti Abo Rida "Real"ın yayda Məhəmməd Salahı transfer etmək planı qurduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rida "Liverpul"un futbolçusunu Madrid klubunda görmək istəyini gizlətməyib.

"Real" Salaha təklif göndərəcək. Məhəmməd oyununda inkişafa nail olmaq istəyir. Aydın məsələdir ki, futbolçumuz dünyada məşhur olan "Real" kimi klubda oynasa, bundan Misir futbolu qazanar".

Bu mövsüm 25 yaşlı futbolçu "qırmızılar"ın heyətində məhsuldar oyun göstərir. O, 2017-ci ilin yayında "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.