İdman

“Qarabağ”ın ikinci oyunu da bərabərliklə bitdi - YENİLƏNİB

20 Yanvar 2018 20:56
0 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:56

Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti sınaq matçını keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Polşanın "Lexiya" klubu ilə görüşüblər.

Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq matçı olub. Matçın ilk hissəsində tərəflər qol vura bilməyiblər. İkinci yarıda əvvəlcə "Qarabağ" hesabı açıb. Dani Kintana fərqlənib. Ancaq bu qol qələbə üçün kifayət etməyib. Rəqib hesabı bərabərləşdirib və matç elə bu hesabla başa çatıb - 1:1.

Qeyd edək ki, ilk oyunda Rusiya təmsilçisi "Kuban"la qarşılaşan Azərbaycan çempionu həmin görüşdən də 2:2 hesablı bərabərliklə ayrılmışdı.

Yoxlama oyunu

20 yanvar

"Qarabağ" (Ağdam, Azərbaycan) - "Lexiya" (Qdansk, Polşa) - 1:1

Qol: Dani Kintana, 58

"Qarabağ": 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov

20:02

"Qarabağ" (Ağdam, Azərbaycan) - "Lexiya" (Qdansk, Polşa) - 1:0

Qol: Dani Kintana, 58

19:49

Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti sınaq matçını keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Polşanın "Lexiya" klubu ilə görüşəcəklər.

Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq matçı olacaq. İlk oyunda Rusiya təmsilçisi "Kuban"la qarşılaşan Azərbaycan çempionu görüşdən 2:2 hesablı bərabərliklə ayrılmışdı.

Qeyd edək ki, oyun saat 18:30-da start götürəcək.

Yoxlama oyunu

20 yanvar

"Qarabağ" (Ağdam, Azərbaycan) - "Lexiya" (Qdansk, Polşa) - 0:0

"Qarabağ": 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.