İdman

“Rəqib daha hazırlıqlı idi” - Qurban Qurbanov

20 Yanvar 2018 22:11
0 Şərh     Baxış: 2 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qış hazırlığı çərçivəsində Antalyada yoldaşlıq oyunu keçirən ağdamlılar Polşanın "Lexiya" klubu ilə qarşılaşıb. Qdansk təmsilçisi ilə oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Oyundan sonra klub saytına qısa açıqlama verən Qurbanov matçı şərh edib: "Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.