İdman

"Trabzonspor" çexiyalı müdafiəçi transfer edib

19 Yanvar 2018 23:57
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan "Trabzonspor" heyətini gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "bordo mavililər" çexiyalı müdafiəçi Filip Novakı transfer edib. Onunla 2.5 illik müqavilə imzalanıb.

"Bu müqavilə iki tərəf üçün də xeyirli olacaq. Komandanın Avrokuboklarda oynaya bilməsi üçün əlimdən gələni edəcəm. Ümid edirəm, böyük uğurlar qazanarıq. "Trabzonspor"dan təklif alanda vaxtilə burda oynamş Ondrey Çelustka ilə məsləhətləşdim. Şəhər və komanda ilə bağlı gözəl sözlər dedi. Ən birinci azarkeşlər haqqında öyrəndim.Onların Türkiyədə ən yaxşı fanat qrupu və çılğın olduqlarını bildim. Klubda 4 slovak var. Onlarla, demək olar ki, eyni dildə danışırıq. Adaptasiya baxımından çətinlik çəkməyəcəm. Daha öncə 7 və 77 nömrəli forma geymişəm. Bu səbəbdən "Trabzonspor"da 77 nömrəni seçdim. 7 mənim uğurlu rəqəmimdir. Ümid edirəm, komandanın aparıcı üzvlərindən çox şey öyrənəcəm, onlar da məni tanyacaq. "Trabzonspor" qarşısına yüksək hədəflər qoyan klubdur" - Novak deyib.

26 yaşlı müdafiəçi Danimarkanın "Midtyulland" klubundan transfer olunub. Qara dənizlilər bu keçidə görə 2 milyon avro xərcləyib. Novakın illik məvacibi 1.1 milyon avro olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.