İdman

"Çelsi"yə transfer qadağası qoyula bilər

19 Yanvar 2018 12:13
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Çelsi" futbol klubuna transfer qadağası qoyula bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir.

Bildirilir ki, FIFA-nın İntizam Komitəsi hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Lakin "Çelsi" klubu ittihamları qəbul etmir. Londonluların qanuna əməl etmədikləri təsdiqlənərsə, kluba transfer qadağasının qoyulacağı gözlənilir.

Qeyd edək ki, FIFA əvvələr 18 yaşı tamam olmamış futbolçuların transferi zamanı qayda pozuntusuna yol verən İspaniya təmsilçiləri - "Real Madrid", "Barselona" və "Atletiko"ya qarşı sanksiya tətbiq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.