İdman

"Arsenal"ın baş məşqçisi hörmətsizlikdə ittiham olundu

19 Yanvar 2018 09:34
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya Dortmund"un idman direktoru Mixael Zork "Arsenal"ın baş məşqçisinin Obameyanqla danışmasından narazı qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı funksioner bunları deyib:

"Biz hesab edirik ki, başqa komandanın futbolçusunu müzakirə etmək hörmətsizlikdir. "Arsenal"la danışıqlar aparmırıq. Güman edirik ki, öz futbolçularının performansı haqqında Arsen Venqer kifayət qədər düşünməlidir".

Son mətbuat konfransında Venqer Obameyanqla barədə sualı: "Fikrimcə, kollektivə uyğun gəlir. Onun xarakteri müsbət tərəf ola bilər" - deyə cavablandırmışdı. Fransız mütəxəssis belə xəbərləri rəsmiləşənə qədər gizli saxlamağa tərəfdar olduğunu da qeyd etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.