İdman

"Barselona" Pike ilə müqavilə müddətini uzatdı

18 Yanvar 2018 19:30
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Barselona"sının futbolçusu Xerard Pike klubla müqavilə müddətini uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub. Bu müddətdə Pikeni almaq istəyən klub 500 milyon avrosundan keçməlidir. Təzə sözləşmə ilə əlaqədar tezliklə ənənəvi mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Xerard Pike "Barselona"nın yetirməsi olsa da, 2004-cü ildə İngiltərə "Mançester Yunayted"inə keçib. O, bundan 4 il sonra Kataloniya komandasına qayıdıb və bir daha kollektivi tərk etməyib.

30 yaşlı müdafiəçi "Barsa"da 421 oyunda 36 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.