İdman

Pike: "Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz"

18 Yanvar 2018 20:30
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Kubokunun 1/4 final mərhələsində keçirilən ilk oyunda "Barselona" səfərdə "Espanyol"a uduzub - 0:1.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məğlub komandanın müdafiəçisi jerar Pike oyundan sonra fikirlərini bölüşüb. O, rəqib azarkeşlərinin həyat yoldaşı Şakira barədə təhqiramiz və qıcıqlandırıcı şüarlarına münasibət bildirib.

"Espanyol"la səfərdə qarşılaşmaq çətindir. Nə üçün təhqir olunduğumu anlamıram. Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz və meydana yad əşyalar atılmaz.

Uduzanda həmişə buna izah axtarırsan. Amma komanda yaxşı mübarizə apardı. Qaçırılan penalti olan şeydir. Həqiqət budur ki, oyun istədiyimiz kimi getmədi. Məğlubiyyət seçməli olsaydım, bu hesabı seçərdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.