İdman

Azərbaycan çempionu “Olimpiakos”la matça çıxır

17 Yanvar 2018 10:58
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün kişi voleybolçular arasında "Çelenc Cup"ın 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Lokomotiv" mərhələnin ilk qarşılaşmasına Yunanıstanda çıxacaq.

Fərid Cəlalovun yetirmələrinin rəqibi "Olimpiakos" olacaq. Görüşün komandamız üçün çətin keçəcəyi gözləniləndi. Çünki kifayət qədər güclü olan Pirey təmsilçisi doğma divarlar arasında özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.

1/8 finala çıxmaqla sürprizə imza atan "Lokomotiv"in də asan təslim olacağı inandırıcı deyil. "Dəmiryolçular"ın da Bakıda baş tutacaq cavab oyununa rahat çıxması üçün sonadək döyüşəcəyi proqnozlaşdırılır.

"Çelenc Cup"
1/8 final, ilk oyun
17 yanvar
20:00. "Olimpiakos" (Yunanıstan) - "Lokomotiv" (Azərbaycan)
Hakimlər: Sergey Budzeyka (Belarus), Tomaş Yanik (Polşa)
Pirey, Milena Merkouri Sarayı

"Olimpiakos": 1. Konstantinos Çristofidelis, 2. İoannis Roumeliotakis, 3. Nikos Zoupani, 4. Mikko Oivanen, 5. Konstantinos Stivaçtis, 6. Georgios Stefanou, 7. Georgios Petreas, 8. Marcus Böme, 9. Theologos-Kristos Daridis, 10. Andreas Andreadis, 11. Fabian Drzizqa, 12. Petros Maνganas, 14. Paraskevas Tselios, 15. Todor Aleksiyev, 16. Sotirios Sinadinos, 18. Jeroen Rauverdink

"Lokomotiv": 1. Vüqar Bayramov, 4. Murad Abdurazakov, 5. Əli Maqomedov, 7. Andrey Vasilenko, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Kənan Allahverdiyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.