İdman

PSJ 200 milyon hazırlayıb - Bu dəfə başqa "Barsa"lı üçün

16 Yanvar 2018 18:54
0 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ daha bir səs-küylü transfer etməyi planlaşdırır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Paris klubu bu dəfə də "Barselona"nın heyətinə göz dikib. PSJ rəhbərliyi "Barsa"nın yarımmüdafiəçisi Serxio Busketsi almaq istəyir. Parislilər Busketsə görə 200 milyon avro ödəməyə hazırdılar.

PSJ Busketsi transfer edə bilməyəcəyi təqdirdə, ehtiyat variant da fikirləşib. Ehtiyat variant kimi isə "Çelsi"nin yarımmüdafiəçisi Nqola Kante nəzərdə tutulub.

Buskets cari mövsümdə keçirdiyi 27 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.