İdman

Emre "Liverpul"u "Yuventus"a dəyişmək istəmir - "Bu komanda üçün hər şeyimi verərəm"

16 Yanvar 2018 14:51
0 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un yarımmüdafiəçisi Emre Can klubu ilə müqaviləsini uzatmağa müsbət baxır.

Milli.Az xəbər verir ki, yaxın keçmişdə mətbuatda türk əsilli alman futbolçuyla "Yuventus"un maraqlandığı hətta öncədən anlaşma imzalandığı deyilirdi.

Lakin bütün bunlara səssiz qalmayan Emre The Guardian-a açıqlama verib:

"Bütün transfer və müqavilə məsələlərinə mənim menecerim nəzarət edir. Mən heç kimlə görüşmürəm və heç nəyi imzalamamışam. Hələ də "Liverpul"da davam edən müqaviləm var. Klubla olan bağlılığımızı istədiyimiz zaman uzada da bilərik. Niyə də yox? "Liverpul" çox böyük klubdur. Bu cür şayiələrlə fikrimi dağıtmayın. Bütün fikrimi öz oyunuma vermək istəyirəm. Hər kəs bilsin ki, bu klub üçün hər şeyimi verməyə hazıram".

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.