İdman

Şehiçin "Qarabağ"dan gedəcəyi tarix açıqlandı

16 Yanvar 2018 14:01
0 Şərh     Baxış: 2 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosniya və Herseqovina yığmasına çağırılan "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin millinin düşərgəsinə qoşulacağı tarix bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə millinin yeni baş məşqçisi Robert Prosineçki xəbər verib.

Bosniya mətbuatına danışan xorvatiyalı çalışdırıcı dəvət göndərdikləri futbolçulardan ikisinin komandaya bir qədər gec qoşulacaqlarını bildirib. Şehiçlə yanaşı, ABŞ-ın "Filadelfiya Yunion" klubunun yarımmüdafiəçisi Haris Medunyanin də ölkə daxilindəki hazırlıq prosesində iştirak etməyəcək.

Prosineçki qeyd edib ki, Şehiç komandaya Türkiyədə qoşulacaq: "İbrahim İstanbulda bizə qatılacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq. Medunyanın isə orda bizi gözləyəcək".

Yanvarın 21-də toplaşacaq kollektiv əvvəlcə Türkiyəyə, ordan isə ABŞ-a səfər edəcək. Okeanın o tayına səfər yanvarın 25-də baş tutacaq. Bu isə o deməkdi ki, İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına məhz bu tarixdə qoşulacaq.
 
Qeyd edək ki, bosniyalılar hazırlıq prosesi çərçivəsində yanvarın 28-də Los-Ancelesdə ABŞ, 31-də isə San-Antonioda Meksika ilə qarşılaşacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.