İdman

Türkiyədə qadın futbolçular arasında kütləvi dava - VİDEO - FOTO

16 Yanvar 2018 11:58
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

Milli.Az report-a istinadən xəbər verir ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub. Lakin görüş yarımçıq dayandırılıb.

Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar. Urqanın sol biləyində qırıq olduğu, Ağgünün isə başından travma aldığı müəyyənləşib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.