İdman

"İRƏLİ"nin sədri Karate Federasiyanın baş katibi təyin olundu

15 Yanvar 2018 16:40
0 Şərh     Baxış: 705

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

AMKF-in idarə heyəti tərəfindən verilən qərarla məsul post "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidova həvalə olunub.

M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış MirCabbar Seyidov bundan sonra Baş katibin məsul katibi vəzifəsində çalışacaq. Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaqdır. Ümumilikdə Federasiyanın, katibliyin əlaqəli işlərinə rəhbərlik MirHəsən Seyidov icra edəcək, O, eyni zamanda İRƏLİ İctimai Birliyinin idarə heyətinin sədridir.

Qeyd edək ki, O, 2015-ci ildən "İrəli" İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür və Prezident İlham Əliyev tərəfindən təsis olunmuş Gənclər üçün Prezident mükafatçısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.