İdman

Arda rəsmən “Başakşəhər”də

15 Yanvar 2018 13:07
0 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arda Turanın "Başakşəhər"ə keçidi rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun təqdimat mərasimi təşkil edilib.

Klub prezidenti Göksəl Gümüşdağ və sponsorların qatıldığı tədbirdə Türkiyə millisinin üzvü 2,5 illik müqaviləyə qol çəkib. "Barselona"dan icarəyə götürülən Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq.

Onun növbəti iki ildə illik maaşı isə 4 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, "Barselona" gələn il futbolçunu başqa kluba satarsa, transfer haqqının 20 faizi "Başakşəhər"ə veriləcək. İstanbul təmsilçisi Türkiyə çempionu olacağı təqdirdə isə ispanlara 300 min avro bonus ödəyəcəklər. Yeni transfer "Başakşəhər"də 14 nömrəli forma altında çıxış edəcək.

Təqdimat mərasimində çıxış edən ulduz futbolçu xoşbəxt olduğunu bildirib: "Arzuladığım çempionluqları əldə etdim. İndiki müqavilə mənə "Atletiko"ya getdiyim günləri xatırlatdı. Yenidən futbol oynayacağım üçün çox həyəcanlıyam. Çempionluğa ən real namizədlərdən biri olduğumuzu düşünürəm. "Başakşəhər"lə birlikdə yenidən avrokuboklarda iştirak etmək istəyirəm".

Qeyd edək ki, Arda Turan "Barselona"ya 2015-ci ildə "Atletiko"dan keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.