İdman

İspaniya Kral Kubokunda 1/4 finalın püşkü atıldı

14 Yanvar 2018 05:30
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" nisbətən zəif komandalarla qarşılaşacaqlar. Bu kollektivlər müvafiq olaraq, "Leganes" və "Espanyol" ilə üz-üzə gələcəklər. Püşkə əsasən, "Atletiko" "Sevilya"ya, "Valensiya" isə "Alaves"ə rəqib olub.

Qeyd edək ki, ilk matçlar yanvarın 17-də, cavab oyunları isə ayın 24-də baş tutacaq. "Real Madrid", "Barselona", "Sevilya" və "Alaves" ilk matçlarını səfərdə keçirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.