İdman

Radik İsayev ilk döyüşdə uduzdu

13 Yanvar 2018 12:25
0 Şərh     Baxış: 741

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam" seriyası davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.

+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.

Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.