İdman

“Arsenal”ı “Valensiya”ya dəyişdi

12 Yanvar 2018 10:50
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi fransalı futbolçu Fransis Kokleni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalanıb.

"Valensiya"nın bu keçidə görə Kokleni transfer etdiyi İngiltərənin "Arsenal" klubuna 12 milyon funt-sterlinq ödədiyi bildirilir.

Koklen "Arsenal"da 2008-ci ildən çıxış edirdi. O, London klubunun heyətində bu günə qədər 160 oyuna çıxıb. Yarımmüdafiəçi bu illərdə "Loryan", "Frayburq", "Çarlton Atletik" kimi klublarda da icarə əsasında oynayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.