İdman

Ardanın forması Koutinyoya verildi - FOTO

8 Yanvar 2018 19:54
3 Şərh     Baxış: 2 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"dan "Barselona"ya 160 milyon avro qarşılığında transfer olunan Filippe Koutinyonun yeni klubunda hansı nömrəli formanı geyinəcəyi bəlli olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli futbolkada çıxış edəcək. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Artıq klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formaların satışa çıxarıldığı qeyd edilib.

Xatırladaq ki, hazırda "Barselona"da bu nömrəli formanı Arda Turan geyinir. Bir müddətdi türkiyəli futbolçunun komandadan ayrılacağı barədə xəbərlər yayılmışdı. Onun çıxış etdiyi nömrənin Koutinyoya verilməsi isə Ardanın komandadan ayrılmasının dəqiqləşdiyini göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.