İdman

İsgəndər Cavadov: "Onu yola salmağın vaxtı çoxdan çatıb"

3 Avqust 2011 05:31
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hesab edirəm ki, Luksemburq, Şimali İrlandiya komandaları ilə mübarizə aparıb xal almağımız mümkündür. Eləcə də İsrail və Rusiyaya qarşı da oynamaq olar. Ancaq bir reallıq da var ki, hazırkı futbolçularla çox qabağa gedə bilmərik. Biz elə deyirik ki, millidə cavanlaşma gedir, ancaq ortada bir şey yoxdur".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində veteran futbolçu İsgəndər Cavadov DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını şərh edərkən bildirib.

O, millimizin baş məşqçisi Berti Foqtsun qrupdan çıxa bilmək şanslarımızın olmaması barədə dediklərinə də münasibətini açıqlayıb. Bildirib ki, əgər baş məşqçi belə bədbin danışırsa, deməli, bu adamın fikri başqadır: "Foqts üç ildi, Azərbaycan futbolunu barmağına sarıyıb. Hər dəfə bir söz ataraq düşdüyü pis vəziyyətdən çıxmağa çalışır. Heç bir baş məşqçi futbolçularını ruhdan salan bu cür açıqlama verməməlidir. Mən belə başa düşürəm ki, onun başqa məqsədi var. Əgər bacarmırsa, qoy, çıxıb getsin ki, yerinə başqasını gətirək. Ümumiyyətlə, onu yola salmağın vaxtı çoxdan çatıb".

Növbəti seçmə mərhələdə millimizi başqa mütəxəssisin çalışdırmasıyla bağlı suala cavab olaraq İ.Cavadov bunları deyib: "Bu, AFFA-nın səlahiyyətinə aid məsələdəir. Ancaq şəxsən mən onun burda qalaraq boş yerə xalqımızı aldatmağının tərafdarı deyiləm. Xaricdən əcnəbi məşqçinin gətirilməsinə qarşı çıxmıram, onsuz da bütün dünya əcnəbilərlə işləyir. İlk olaraq şərait yaratmaqla bərabər, çempionatın səviyyəsini qaldırmağa da çalışmaq lazımdır. Foqtsun burada boş yerə qalmasına lüzum yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.