İdman

Neymarın Pikeyə müsahibəsi - FOTO

29 Dekabr 2017 11:20
5 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən bahalı futbolçusu Neymar keçmiş komanda yoldaşı Cerard Pikeyə müsahibə verib.

Milli.Az xəbər verir ki, braziliyalı futbolçu səmimi reportajında dünya çempionatındakı təcrübələrindən və gələcəyindən söhbət açıb.

O, DÇ-2014-də aldığı zədədən danışıb və 2 santimetr məsafə ilə iflic riskindən qurtulduğunu deyib:

"Yerə yıxılandan sonra ayaqlarımı hərəkət etdirə bilmədim. Həkim məni aparanda ağrıdan ağlayırdım. Çünki çox ağrı çəkirdim və heç nə hiss etmirdim. Sonra mənə "sənə iki xəbərimiz var: birincisi, Dünya Çempionatını tamamlaya bilməyəcəksən, ikincisi, gəzə biləcəksən. Zərbə 2 sm kənara dəysəydi, karyeran bitmişdi" dedilər.

2002-ci il çempionatından söz açan ulduz braziliyalı Ronaldonu da xatırlayıb:

"Müdhiş bir saç modeli var idi. Mənim də saçlarım elə idi. Həm də tək mənim deyil, Braziliyada bütün uşaqların saçları elə kəsilmişdi. Hamımız Ronaldo kimi görünmək istəyirdik".

Pikenin "Finaldayıq. İspaniya-Braziliya... Matç 3-3 bitir... Het-trik edirsən, amma kuboku biz qazanırıq. Varsanmı? Bax, finalda het-trik deyirəm" sualına Neymar belə cavab verib:

"Tərsi olsun. 3-3 bitsin. Het-triki sən et, sonunda kuboku biz alaq".(publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.