İdman

Cüdo üzrə Azərbaycan çempionatı: ilk gün başa çatdı - FOTO

26 Dekabr 2017 22:18
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.

Milli.Az-a Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri iştirak ediblər.
Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub. Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.