İdman

İlham Zəkiyev haqqında film qızıl mükafat aldı

26 Dekabr 2017 16:09
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlham Zəkiyev haqqında "Döyüşçü" filmi Kann Qızıl Mükafatına layiq görülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Döyüşçü" adlanan video Rio 2016 Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi "Daxildən Gələn Enerji" kampaniyası üçün hazırlanan 8 filmdən biridir. Bu vaxtadək "Döyüşçü"yə bütün dünyada 18 milyon insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb. 

"CannesCorporate Media & TV Awards 2016" müsabiqəsində "Kann 2016 Qızıl Mükafat Qalibi" (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və "Kann mükafatı" (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında) qazanılıb.

Üçüncü mükafat isə "EVCOM ClarionAwards 2016" müsabiqəsində əldə edilib. Burada "Döyüşçü" filmi Sosial filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. "EVCOM ClarionAwards" mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.

Film idmançı haqqında məlumat ilə başlayır: "İlham Zəkiyev ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, 18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi "Döyüşçü"yə çevrilə bilib".

Qeyd edək ki, BP London 2012 Oyunlarından başlayaraq İlham Zəkiyevə sponsorluq edir. İ.Zəkiyev BP-nin idmançı səfiridir və şirkət də onun haqqında qısa video çarx hazırlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.