İdman

“Şapekoense”nin qapıçısı protez ayağı ilə qol vurdu - VİDEO

25 Dekabr 2017 11:21
3 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təyyarə qəzasında sağ çıxan Braziliyanın "Şapekoense" komandasının qapıçısı Cekson Folman protez ayağı ilə qol vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, 25 yaşlı oyunçu xeyriyyə matçında fərqlənib.

29 noyabr 2016-cı ildə baş vermiş faciədən sonra ayağı amputasiya olunan Folmanla yanaşı, sağ qalan müdafiəçilər - Alan Ruşel və Helio Sampyer Neto da bu qarşılaşmada iştirak ediblər.

Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense" klubunu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Faciə nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlər arasında yer alan Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Qəza zamanı ümumilikdə 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Вратарь-ампутант из

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.