İdman

Transfer təkliflərinə Qurban Qurbanovdan AÇIQLAMA: "Kimsə öz xahişi ilə getmək istəsə..."

18 Dekabr 2017 13:02
0 Şərh     Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsində tarixi uğurlara imza atan "Qarabağ"ın futbolçularına ard-arda transfer təklifləri edilir.

Milli.Az xəbər verir ki, Dino Ndlovudan sonra milliləşən futbolçumuz Riçard Almeyda da rəsmi təklif alıb.

İddialara görə, Türkiyənin "Osmanlıspor" klubu R.Almeyda ilə yaxından maraqlanır. Komandanın baş məşqçisi Qurban Qurbanov isə komandadan heç bir oyunçunu göndərmək istəmədiyini deyib:

"Konkret olaraq, komandadan göndəriləcək oyunçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya "get" deyə bilmərik. Xarici klublardan ciddi bir təkliflər olunmur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi".(publika.az)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.