İdman

“Keşlə”dən ayrıldı, “Neftçi” ilə müqavilə bağlayır

18 Dekabr 2017 12:48
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün gedişində Nizami Hacıyev və Mirhüseyn Seyidovla vidalaşan "Keşlə" qış fasiləsi yaranan kimi, müdafiəçi İlkin Qırtımovla da yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına 27 yaşlı futbolçu özü məlumat verib.

O bildirib ki, müqavilə müddəti mövsümün sonuna qədər olmasına baxmayaraq, rəhbərlikdən ayrılması üçün xahiş edib: "Sağ olsun, klub rəhbərliyi xahişimi nəzərə aldı. "Keşlə" ilə artıq vidalaşmışam, azad agent statusuna malikəm".

Qırtımovun yanvardan etibarən formasını geyinəcəyi klub da böyük ölçüdə müəyyənləşib. Cinah müdafiəçisi "Neftçi" ilə ilkin razılıq əldə edib. Futbolçu "Neftçi" rəhbərliyi ilə yaxın saatlarda görüşəcəyini və yalnız bundan sonra məsələyə tam aydınlıq gələcəyini söyləyib: "Hələ tam anlaşma yoxdu. Bu məsələ bugünkü görüşün nəticəsindən asılı olacaq".

Qeyd edək ki, İlkin Qırtımov "Keşlə"yə 2015-ci ilin yayında "Simurq"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.