İdman

Millimiz Nikaraquanı keçdi, Ruandadan geri düşdü

18 Dekabr 2017 12:30
2 Şərh     Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın milli komandalar üçün 2017-ci ildəki son reytinq cədvəli dekabrın 21-də açıqlanacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq siyahı ilə bağlı ehtimallar cədvəli də müəyyənləşib.

Təxmini siyahıya baxsaq, ötən cədvəllə müqayisədə müəyyən dəyişikliklər qeydə alınıb. Buna səbəb yığmaların iştirakı ilə baş tutan azsaylı qarşılaşmalardı.

Dəyişikliklər Azərbaycan millisinin mövqeyinə təsir etməyib. Ötən ay açıqlanan cədvəldə hesabında 281 xal olan yığmamız eyni göstərici ilə yenə 117-ci pillədə qərarlaşıb.

Düzdü, heç bir matç keçirməyən millimizin qonşularının siyahısında dəyişiklik diqqət çəkir. Vyetnam və Ruanda təxmini cədvəldə komandamızı arxada qoyub. Nikaraqua və KXDR isə yığmamızdan aşağı yuvarlanıb.

Millimiz və "qonşular"ı
112 (125). Vyetnam - 298
113 (120). Ruanda - 295
114 (112). Türkmənistan - 292
115 (125). Bəhreyn - 282
115 (120). Qırğızıstan - 282
117 (115). Azərbaycan - 281
118 (119). Namibiya - 274
119 (103). Nikaraqua - 273
120 (121). Yəmən - 268
121 (122). Yeni Zelandiya - 267
122 (123). Mərkəzi Afrika Respublikası - 266

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayacaq. Ümumiyyətlə ilk "50-lik"də cəmi 1 dəyişiklik qeydə alınacaq. Qana Nigeriyanı 50-ci pillədən sıxışdıracaq.

İlk "onluq"
1 (1). Almaniya - 1602
2 (2). Braziliya - 1483
3 (3). Portuqaliya - 1358
4 (4). Argentina - 1348
5 (5). Belçika - 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa - 1183
10 (10). Çili - 1162

Qonşu Türkiyə yığması 42-ci yerdə qalacaq. "Ay-ulduzlular"ın 735 xalı var.

Millimizin növbəti yoxlama matçındakı rəqibi Gürcüstanın da mövqeyi dəyişməz qalıb. 322 xalla qonşularımız 104-cü sırada qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.