İdman

“Mançester Siti” Qvardiolaya 80 milyon funt sterlinq təklif edəcək

18 Dekabr 2017 12:25
1 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərinin "Mançester Siti" futbol klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis üçün gələn yay 80 milyon funt sterlinq qarşılığında 4 illik sözləşmə təklifi irəli sürüləcək. Qvardiola 2016-c il fevralın 1-də "Mançester Siti" ilə 3 illik müqavilə bağlayıb. Onun hazırkı illik əmək haqqı 20 milyon avrodur. İspaniyalı baş məşqçi ötən ilin yayından "şəhərlilər"in sükanı arxasındadır. Yeni müqaviləyə əsasən, o, ildə 20 milyon funt sterlinq qazanacaq. 

"Mançester Siti" rəhbərliyi Qvardiolanın köməyi ilə, "Mançester Yunayted"ə 27 il rəhbərlik etmiş Aleks Ferqyuson kimi sülalə qurmaq istəyir. Rəhbərlik Pepin ən azı 10 il müddətində "şəhərlilər"in sükanı arxasında olacağını və xeyli titul əldə edəcəyini düşünür. 

Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm İngiltərə Premyer Liqasında 3-cü yeri tutsa da, hazırda 18 turdan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Mançester Yunayted"i 11 xal qabaqlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.