İdman

“Qarabağ”dan "Beşiktaş" açıqlaması

18 Dekabr 2017 12:16
0 Şərh     Baxış: 2 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Mahir Mədətovun "Beşiktaş"a transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, klubun icraçı direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında yayılan məlumatı təkzib edib. "Qarabağ" rəsmisi Türkiyə nəhəngindən gənc hücumçu ilə bağlı hər hansı təklif almadıqlarını söyləyib:

"Mən də xəbəri bu gün qəzetdən oxudum. Bizə "Beşiktaş"dan Mahirə görə təklif gəlməyib. Düzdür, bu komanda ilə yaxşı münasibətlərimiz var. Amma təklif gəlsəydi, xəbərimiz olardı. Bizdə bu barədə hər hansı məlumat yoxdur".

Qeyd edək ki, "Futbol+" qəzeti bu gün "Beşiktaş" rəsmilərinin Bakıda olacaqlarını və Mədətovun transfer məsələsini müzakirə edəcəklərini yazıb. Məlumata görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş Mahiri öz komandasında görmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.