İdman

Yığmamızın oyunçusu “qara zolaq”dan çıxa bilmir

18 Dekabr 2017 10:41
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçular arasında İtaliya A seriyasında XI turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Skandiççi" "Yamamay"ın qonağı olub.

Qarşılaşma təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib. Təəssüf ki, komandanın ona inamının olmaması yekunda yığmamızın əleyhinə işləyəcək.

Qeyd edək ki, "Skandiççi" bu qələbədən sonra "Yamamay"ı qabaqlayaraq, 3-cü yerə yüksəlib. Onların aktivində 26 xalı var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.