İdman

Ronaldu narazıdı, “Real”ın prezidenti ilə görüşəcək

18 Dekabr 2017 10:32
2 Şərh     Baxış: 2 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Kriştianu Ronaldu klubun prezidenti Florentino Pereslə görüşəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı superulduz maaşının artırılmasını istəyir.

Ronaldo "Barselona"nın üzvü Lionel Messi və PSJ-nin hücumçusu Neymar da daxil olmaqla, dünyanın bütün futbolçularından çox məvacib almaq niyyətindədi.

"Barsa" ilə yeni müqavilə imzalayandan sonra Messinin illik maaşı təxminən 50 milyon avroya bərabər olacaq. Ronaldu isə bunu qəbul edə bilmir. O, 5-ci dəfə "Qızıl top" mükafatını aldıqdan sonra daha artıq məvacibə layiq olduğunu düşünür.

Qeyd edək ki, 32 yaşlı futbolçunun "Real"la hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.