İdman

"Əgər ona daha bir şans verilsəydi..."

18 Dekabr 2017 07:14
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in sabiq kapitanı Rio Ferdinand 3 il öncə Vilfrid Zahanın klubda möhkəmlənə bilməməsinin səbəblərini izah edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veretran müdafiəçi onun kifayət qədər yetişmiş olmadığını bildirib.

"Bəzi transferlərdə həlledici rolu vaxt oynayır. Məhz vaxt futbolçunun uğurlu transfer olub-olmamasını müəyyənləşdirir. Devid Moyes böyük təzyiq altında idi və Zaha onun planarına daxil deyildi. Fikrimcə, vaxt bu məsələdə öz sözünü dedi. Hesab edirəm ki, istedad səviyyəsinə görə Zaha "Yunayted"ə uyğun gəlir. Əgər Vilfridə daha bir şans verilsəydi, bəzi şeyləri başqa cür edərdi. Zaha təkbətək mübarizələrdə istənilən futbolçuya qalib gələ bilər. Sadcə həmin vaxt "Mançester Yunayted"ə yetkin oyunçular lazım idi. Ötürmələr, cəld qərar vermək, müdafiə xəttini təzyiqdə saxlamaq, mövqe seçimində Zaha artırmalı idi".

"Kristal Pelas"ın şərəfini qoruyan Zaha 2013/14 mövsümündə "qırmızı şeytanlar" formasını geyinib və cəmi 2 rəsmi oyunda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.