İdman

"Arsenal" "Sevilya"nın futbolçusunu transfer edə bilər

18 Dekabr 2017 08:59
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqada turnir cədvəlinin üstü sıralarını izləməyə davam edən "Arsenal" qış fasiləsində heyətini gücləndirmək istəyir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "topçular" "Sevilya"nın yarımmüdafiəçisi Steven Nzonzini transfer etməyə çalışır.

"Sevilya"nın baş məşqçisi Eduardo Berizzo yaxşı olmayan 29 yaşlı havbek "Everton" və "Yuventus"un da maraq dairəsindədir. İspan mətbuatı futbolçunun artıq "Arsenal"la razılıq əldə etdyini yazır. London klubu İspaniya klubuna bu keçidə görə 37 milyon avro ödəyə bilər. Bonuslarala birlikdə isə bu rəqəmin 40 milyon avro təşkil etməsi mümkündür. Premyer Liqa Nzonzi üçün yad çempionat deyil. O, "Sevilya"ya 2015-ci ildə "Stok Siti"dən transfer olub. Klubla 2020-ci ilədək müqaviləsi olan futbolçu bu mövsüm La Liqada 10, Çempionlar Liqasında isə 6 oyunda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.