İdman

Klublararası dünya çempionatının ən yaxşı futbolçusu açıqlandı

17 Dekabr 2017 09:54
1 Şərh     Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BƏƏ-də Klublararası dünya çempionatına yekun vurulub. Turnirin finalında "Gremio" ilə qarşılaşan "Real" minimal  hesabla qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionatın "ən yaxşı futbolçu"su mükafatı Madrid klubunun yarımmüdafiəçisi Luka Modricə təqdim olunub. Xorvatiyalı havbek "Al Jazira" və "Gremio" ilə oyunlarda meydana çıxıb. O, yarımfinal matçında məhsuldar ötürmənin müəllifi olub. Modric komanda yoldaşı Kriştianu Ronaldo və "Pachuca"nın oyunçusu Xonatan Urretaviskayyanı qabaqlayıb. Qeyd edək ki, 32 yaşlı futbolçu karyerasında 3-cü dəfə klublararası dünya çempionatının qalibi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.