İdman

Hidayət Heydərovdan bürünc medal - VİDEO

16 Dekabr 2017 22:59
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Master" turnirinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə üç idmançımız tatami üzərinə çıxıb.
 
60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov elə ilk görüşdəcə özbək cüdoçu Şarafuddin Lutfillayevə uduzub və çıxışını başa vurub.
 
73 kq-da isə iki idmaçınız gücünü sınayıb. Rüstəm Orucov ilk qarşılaşmasında amerikalı Aleksandr Törnerə qalib gəlsə də, ikinci görüşündə özbək Qiyoscan Boboevə uduzub. Təsəlliverici görüşdə monqolustanlı Odbayar Qanbaatardan zəif olan Rüstəm yekunda 7-ci yerlə kifayətlənməli olub.
 
Eyni çəkidə yarışan Hidayət Heydərov isə turnirdəki ilk medalımızı qazanıb. Gənc cüdoçu əvvəlcə monqol Xadbaar Naranxuyu, ardınca isə isveçli Tommi Maçiası yolundan kənarlaşdırıb. Yarımfinalda Soiçi Naşimotoya uduzan Rüstəm üçüncülük üçün yarışmalı olub. Medal uğrunda görüşdə Odbayar Qanbaatardan Rüstəmin qisasını alan Hidayət bürünc medal qazanıb.
 
Qeyd edək ki, sabah 90 kq çəki dərəcəsində Tural Səfquliyev və Məhəmmədəli Mehdiyev, 100 kq-da Elxan Məmmədov və Elmar Qasımov, +100 kq çəkidə isə Uşanqi Kokouri yarışa qoşulacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.